Ömər ibn Xəttab
| Ömər ibn Xəttab | |
|---|---|
| ərəb. عُمَرُ بْنُ الْخَطَّابِ ərəb. عمر بن الخطاب بن نفيل القرشي العدوي[1] | |
| | |
| 634 – 3 noyabr 644 | |
| Əvvəlki | Əbu Bəkr |
| Sonrakı | Osman ibn Əffan |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | təq. 586[2] |
| Doğum yeri | |
| Vəfat tarixi | 3 noyabr 644[2] (57–58 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
| Dəfn yeri | |
| Fəaliyyəti | dövlət xadimi, xəlifə, imam, səhabə, əmir, hərbi qulluqçu |
| Atası | Xəttab ibn Nüfeyl |
| Anası | Həntəmə bint Haşim |
| Həyat yoldaşları | |
| Uşaqları | |
| Hərbi xidmət | |
| Döyüşlər | |
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب; təq. 586[2], Məkkə – 3 noyabr 644[2], Mədinə) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi və Rəşidi xilafətinin ikinci xəlifəsi,[4][5] "əmir əl-mömin" titulundan istifadə etmiş ilk şəxs.[6]
Həyatı
[redaktə | vikimətni redaktə et]583-cü ildə Məkkədə[7] doğulub. Ömər Bəni-Ədi qəbiləsindən olub, atasını adı Xəttab ibn Nüfeyl, anasının adı isə Həntəmə bint Haşimdir. Anası Bənu Məxzum qəbiləsindəndir. Əbu Cəhl kimi tanınan Əmr ibn Hişam Ömərin ögey dayısıdır.[8] Ömər eyni zamanda Məhəmmədin uzaq qohumlarından biri idi.[9]
Ömərin ailəsi orta sinifə mənsub, atası isə tacir olmuşdur. Məhəmmədin ən qatı düşmənlərindən biri olan Ömər, Darunnədvədəki "qubbə" (və ya məclis üzvü idi[8]) vəzifəsini icra edirdi.[10]
Cüssəli və güclü bədən quruluşuna malik olan Ömər, atasının dəvələrini otarar, içkini və qadını çox xoşlayar, yaxşı at minər, silahdan yaxşı istifadə edərdi.
Şeirə həvəsli olduğu, səsil danışdığı, oxuma-yazma bildiyi, ticarətlə məşğul olduğu və bu məqsədlə Suriyaya, İraqa və Misirə səfər etdiyi rəvayət edilmişdir.[5]
Müsəlman olması
[redaktə | vikimətni redaktə et]Bisətin 6-cı ilində, miladi 616-cı il də müsəlman olmuşdur.[11] Onun müsəlman olmasından sonra müsəlmanların möyqeyi Məkkədə bir qədər güclənir.[12][13] Bu haqda Abdullah ibn Məsud belə deyir:[14]
| Ömərin müsəlman olması bir fəth, hicrəti kömək, xəlifəliyi isə rəhmət idi. Ömər müsəlman olana qədər Kəbənin yanında açıq şəkildə namaz qıla bilmirdik. O, müsəlman olduqdan sonra Qureyş müşrikləri ilə mübarizə apardı, onlar da bizi rahat buraxdılar. |
Sünni mənbələrinə görə, Məhəmməd (və ya Cəbrail[15][16]) ona "Faruq" (ərəb. الفاروق) ləqəbini vermişdir.[17][18][19] Ömər Məkkəni açıq-aşkar, məkkəlilərə meydan oxuyaraq tərk edən, Kəbədə açıqdan namaz qılan yeganə və ilk şəxs olur.[20]
Evlilikləri və övladları
[redaktə | vikimətni redaktə et]Ömər İslamdan əvvəlki dövrdə Zeynəb bint Məzun ilə ailə qurmuşdur. Bu nikahdan Abdullah, Həfsə dünyaya gəlmişdir.[5]
Ömər yenə Məkkədə İslamdan əvvəlki dövrdə Muleykə bint Cəvrəl ilə ailə qurmuşdu. Bu qadına Ümmü Gülsüm də deyirdilər. Ömər bu qadınla Mumtəhinə surəsinin 10-cu ayəsi enənə qədər evli qalmış, ayə endikdən sonra bu xanımı boşamışdır.[21] Bu nikahdan Ubeydullah dünyaya gəlmişdir.[22]
İslam əvvəlki dövrdə yenə Məhzumoğullarından, Qureybə bint Əbu Ümeyyə ilə evlənmişdir. Yenə Mumtəhinə surəsinin 10-cu ayəsi endikdən sonra Ömər bu qadını boşamışdır.[23][24]
Təqribən 629-cu (hicri 7-ci) ildə, Mədinədə ənsardan Cəmilə bint Sabit əl-Ənsariyyə ilə ailə qurmuşdur. Bu nikahdan Asim ibn Ömər dünyaya gəlmişdir.[25]
Təqribən 639-cu ildə (hicri 17) Ümmü Gülsüm binti Əli ilə evlənmişdir.[26] Bu nikahdan Zeyd ibn Ömər və Ruqiyyə binti Ömər dünyaya gəlmişdir.[27]
Ömər öz qohumlarından olan Ətikə bint Zeyd ilə də ailə qurmuşdur.[28][29] Bunlardan başqa Ömər Mədinədə olarkən Əbu Bəkrin qızı Ümmü Gülsüm ilə də ailə qurmaq istəmişdir, lakin Ümmü Gülsüm Ömərin xarakterinin sərt olduğunu söyləyərək evlənməkdən boyun qaçırmışdır.[30]
Ölümü
[redaktə | vikimətni redaktə et]Ömər, miladi 31 oktyabr 644-cü ildə, Muğirə ibn Şöbənin fars köləsi tərəfindən, Mədinədə, sübh namazını qılarkən hücuma məruz qalmışdır. Aldığı zərbələrdən üç gün sonra, 3 noyabr 644-cü ildə Mədinədə vəfat etmişdir.[4]
Xəlifəlik illəri
[redaktə | vikimətni redaktə et]Ömərin xəlifəlik illərində Əcnədeyn,[31] Qadisiyə,[32] Yərmuk,[33] Cəlulə,[34] Körpü,[35] Nəhavənd[36] döyüşləri baş vermiş, Misir,[37][38] Dəməşq,[39] Fələstin və Qüds[40] müsəlmanların əlinə keçmişdir.
Ömər xəlifəlik etdiyi müddətdə bir sıra yeniliklər etmişdir. Onlardan bəzilrəi bunlardır:
- Xəzinənin gəlir və xərclərinin tənzimlənməsi,
- Təqvimin başlanğıcı olaraq Hicrətin seçilməsi,
- Məhkəmə sisteminin yaradılması,
- Dövlətin ərazisinin vilayətlərə bölünməsi,
- Həbsxanaların inşası,
- Şurtə (polis) təşkilatının yaradılması,
- Ordunun əməliyyat istiqamətiin müəyyənləşdirilməsi,
- Bəsrə[41] və Kufə[42] şəhərlərinin salınması əmrinin verilməsi,
- Xaricilər ticarətlə məşğul olmalarına icazə verilməsi,
- Kimsəsiz yəhudi və xristianlara təqaüdlərin verilməsi,
- Sulama sisteminin qurulması,
- Hər məsciddə vəaz və nəsihətin verilmə ənənəsinin əsasının qoyulması,
- İmam və müəzzinlərə maaş verilməsi.
"Əmir əl-möminin" (ərəb. أمير المؤمنين) ləqəbindən istifadə edən ilk dövlət başçısı da Ömər olmuşdur. Belə ki, Ömərə məktub yazan Əbu Musa əl-Əşəri, ona bu ləqəblə xitab etmiş[6] və bu ləqəb sonralar məşhurlaşmışdır.
Hədis elmindəki yeri
[redaktə | vikimətni redaktə et]Ömər Məhəmməddən 539 hədis rəvayət etmişdir.[43] Bu hədislərin hamısı "Kütubi-Sittə"də rəvayət edilmişdir. Bunların 81-ini Buxari və Müslüm özlərinin səhihlərində qeyd etmişlər. Bu 81 hədisin 26-sı həm Buxarinin, həm də Müslümün kitablarında mövcuddur. Yerdə qalan hədislərin 34-ünü yalnız Buxari, 21-ini isə yalnız Müslüm öz kitabında rəvayət etmişlər.[44]
İrsi və mirası
[redaktə | vikimətni redaktə et]Sünnilikdə
[redaktə | vikimətni redaktə et]Sünni mənbələrinə görə, Məhəmməd Ömər haqqında bunları demişdir:[45][46]
| Məndən sonra peyğəmbər gəlsəydi, o Ömər olardı. |
| Allah, haqqı Ömərin dilinə və qəlbinə qoymuşdur. |
Oğlu Abdullah atası haqqında bunları demişdir:[47]
| Atam Ömər, hər hansı bir şey haqqında "mən belə düşünürəm" desəydi həmin şey onun düşündüyü kimi olardı |
Şiəlikdə
[redaktə | vikimətni redaktə et]Zeydilər onun xəlifəliyini qəbul etsələr də,[52] cəfərilər onu Əlinin haqqı olan xəlifəliyi qəsb etməkdə, Fatiməninni evinə hücum edib, onu öldürməkdə ittiham edirlər.
Haqqında qələmə alınmış kitablar
[redaktə | vikimətni redaktə et]Ömər haqqında "Adaleti ve Yenilikleriyle Hz. Ömer", "Umar ibn al-Khattab: His Life and Times" (və ya "The Genius of Umar"), "Akhbar Umar" və s. əsərlər qələmə alınmışdır. "Muhammad and the Believers" adlı əsərdə Ömərin ilk müsəlman icmasının formalaşmasındakı roluna, "History of the Arabs" adlı əsərdə isə onun xilafəti və idarəçiliyinə geniş yer verilmişdir.
Populyar mədəniyyətdə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ خير الدين الزركلي. الأعلام (ərəb.): قاموس تراجم لأشهر الرجال والنساء من العرب والمستعربين والمستشرقين. 15 بيروت: دار العلم للملايين. 2002. C. 5. S. 45.
- 1 2 3 4 Asma Afsaruddin. Umar I (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
- ↑ Али-заде, Айдын Ариф оглы. Абдуллах ибн Омар (rus.). // Исламский энциклопедический словарь. Москва: Ансар. 2007.
- 1 2 Afsaruddin, Asma. "Umar I". Britannika. Mar 08, 2018. Archived from the original on 2026-04-23. İstifadə tarixi: 2026-06-15.
- 1 2 3 Fayda, Mustafa. "Ömer". TDV İslâm Ansiklopedisi. 2007. Archived from the original on 11 iyun 2026. İstifadə tarixi: 15 iyun 2026.
- 1 2 Fayda, Mustafa. "Emirü'l-Mü'minin". TDV İslâm Ansiklopedisi. 1995. Archived from the original on 13 yanvar 2025. İstifadə tarixi: 13 yanvar 2025.
- ↑ İbn Xəyyat, Xəlifə. Ət-Tarix (ərəb). I. Dəməşq. 1967–68. 151.
- 1 2 Önal, Ramazan. Aksu, Ali (redaktor). Hz. Ömer’in müslüman olmasını geciktiren sebepler ve müslüman olmasıyla ilgili nakledilen rivayetlerin değerlendirilmesi (PDF) (türk). Sivas: CÜ İlahiyat Fakültesi. 2018. 20 oktyabr 2025 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 iyun 2026.
- ↑ Kaya, İsmail. Hz. Ömer ve Ailesi (PDF) (türk). Erzurum. 2013. 6.
- ↑ Sarıçam, İbrahim. Hz. Muhammed ve eniversel mesajı (türk). DİB Yayınları. 2011. 8 oktyabr 2026 tarixində arxivləşdirilib.
- ↑ İbn Səd, Məhəmməd. Kitabüt-Təbəqatil-kəbir (ərəb). III. Beyrut. 1968. 269.
- ↑ Buxari. Fəzailun əshabin-Nəbi (ərəb). 3, 6.
- ↑ Buxari. Mənaqibul-Ənsar (ərəb). 35.
- ↑ Heyət. Kərimov, Eldar (redaktor). Siyəri-Nəbi (az.). Bakı: BİU Zaqatala Şöbəsi. 2009. 84.
- ↑ Zəmaxşəri. Əl-Kəşşaf (ərəb). I. Beyrut. 1947. 536.
- ↑ Vahidi. Əsbəbün-nüzul (ərəb). Beyrut. 1991. 162.
- ↑ İbn Səd, Məhəmməd. Kitabüt-Təbəqatil-kəbir (ərəb). III. Beyrut. 1968. 270.
- ↑ Təbəri, Muhibbəddin. Ər-Riyadün-nadirə fi mənaqibil-əşarə (ərəb). II. Beyrut. 1984. 272.
- ↑ Əl-Hindi, Müttəqi. Kənzul-Ummal (ərəb). XII. Beyrut. 1979. 557–558.
- ↑ Hələbi. İnsanul-Uyun (ərəb). II. 183–184.
- ↑ Sarıcık. Çağrı-Medine (türk). 305.
- ↑ Arslan, İhsan. "Ubeydullah B. Ömer'in Hayatı ve Siyasî Faaliyetleri". Recep Tayyip Erdoğan Üniversitesi Sosyal Bilimler Dergisi. 10 (2). 2023: 288–309.
- ↑ İbn Hişam. Sirə (ərəb). III. 376–377.
- ↑ Vəqidi. Əl-Məğazi (kitab) (ərəb). II. 632.
- ↑ Zəhəbi. Siyəru Aləmin-Nubəla (ərəb). IV. 97. 13 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2026.
- ↑ Zəhəbi. Əl-Xuləfəur-Raşidun (ərəb). 68.
- ↑ Nəvəvi. Təhzib əl-Əsma (ərəb).
- ↑ Zəhəbi. Əl-Xuləfəur-Raşidun (ərəb). 103.
- ↑ Heyet. Doğuştan Günümüze Büyük İslam Tarihi (türk). II. Çağ. 187–188. 8 oktyabr 2026 tarixində arxivləşdirilib.
- ↑ Tellioğlu. “Ömer b. Hattab”, Şamil İslam Ansiklopedisi (türk). V. 179.
- ↑ Yıldız, Hakkı Dursun. Ecnadeyn savaşı, DİA (türk). X. 385.
- ↑ Yücesoy, Hayrettin. Kadisiye savaşı, DİA (türk). XXIV. 136–137.
- ↑ Fayda, Mustafa. Yermuk savaşı, DİA (türk). XXXXIII. 485–486.
- ↑ Fayda, Mustafa. Celula savaşı, DİA (türk). VII. 272–273.
- ↑ Ünlü, Nuri. Köprü vakası, İslam Tarihi, (türk). İstanbul. 2015. 100–101.
- ↑ Ünlü, Nuri. Nihavend savaşı, İslam Tarihi (türk). İstanbul. 1984. 65.
- ↑ Ünlü, Nuri. Mısırın Fethi, İslam Tarihi, (türk). İstanbul. 2015. 112–113.
- ↑ Hasan, Hasan İbrahim. Mısırın Fethi, İslam Tarihi (türk). İstanbul. 1991. 298–309.
- ↑ Ünlü, Nuri. Şamın Muhasara və Fəthi, İslam Tarihi, (tür). İstanbul. 2015. 108–109.
- ↑ Ünlü, Nuri. Filistin və Küdüsün Fethi, İslam Tarihi, (türk). İstanbul. 2015. 110–111.
- ↑ Bakır, A. "Basra". TDV İslâm Ansiklopedisi. 1992. Archived from the original on 5 fevral 2025. İstifadə tarixi: 13 yanvar 2025.
- ↑ Avcı, Casim. "Kufe". TDV İslâm Ansiklopedisi. 2020. Archived from the original on 8 noyabr 2024. İstifadə tarixi: 13 yanvar 2025.
- ↑ İbn Həzm. Cəvamius-Sirə (ərəb).
- ↑ The Journal of International Social Research. EVALUATION OF UMAR IN TERMS HADITH NARRATION. 12 (63). aprel 2019. 1234.
- ↑ Tirmizi. Mənaqib (ərəb). 48.
- ↑ Tirmizi. Mənaqib (ərəb). 45.
- ↑ Buxari. Mənaqibul-Ənsar (ərəb). 35.
- ↑ Coşkuner, Süleyman. "Hz. Ömer'in Adaleti". ahsenokyar.com. 2019. 16 iyun 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2026.
- ↑ Tan, Bünyamin. "Hazret-i Ömer'in Adaleti: Dasitan-ı Şehman". Turkish Studies. 9 (6). 2014: 989–1004.
- ↑ "Hz. Ömer ve Adâlet". Siyer Vakfı. 2021. Archived from the original on 21 oktyabr 2021. İstifadə tarixi: 16 iyun 2026.
- ↑ Şahin, Sefa. "Müminlerin, adaletiyle nam salan emiri: Hazreti Ömer". Anadolu Ajansı. 2020. Archived from the original on 16 iyun 2026. İstifadə tarixi: 16 iyun 2026.
- ↑ Ekinci, Ahmet. Zeydî-Hanefî Etkileşimi // II. Uluslararası Sosyal Bilimler Kongresi Bildiriler Kitabı Zeydî-Hanefî Etkileşimi (türk). Gümüşhane: Gümüşhane Üniversitesi Yayınları. 2019. 994. ISBN 978-605-4838-25-7.
- ↑ "Omar". IMDd. Archived from the original on 4 aprel 2026. İstifadə tarixi: 17 iyun 2026.
- ↑ "Hz. Ömer Dizisi Türkçe Altyazılı". Genç müslümanlar. 2020. Archived from the original on 18 may 2026. İstifadə tarixi: 16 iyun 2026.