Məzmuna keç

İstanbulda daşqınlar (2026)

Vikipediya, azad ensiklopediya
İstanbulda daşqınlar
Ölkə
Yeri

İstanbulda daşqınlar — 14 oktyabr 2026-cı ildə Türkiyənin Mərmərə regionunda meydana gələn daşqın fəlakəti. Bu fəlakət daha çox İstanbula təsir göstərmiş, ən azı 8 nəfərin ölümü və 6 nəfərin itkin düşməsi ilə nəticələnmişdir.[1]

14 oktyabr səhəri başlayan şiddətli leysan yağışları günün irəliləyən saatlarında tədricən artan sürətlə güclənmiş və çayların məcrasından çıxmasına səbəb olmuş, nəticədə daşqın meydana gəlmişdir.

Daşqın nəticəsində 8 nəfər həlak olmuş, Sarıyerin Ayazağa məhəlləsi başda olmaqla ətraf əraziləri su basmış, su daşqını səbəbindən bəzi ictimai nəqliyyat marşrutlarının fəaliyyəti dayandırılmışdır.[2][3] Ticarət mərkəzləri fəaliyyətlərini müvəqqəti dayandırmaq məcburiyyətində qalmış, 6 nəfərin itkin düşdüyü bildirilmişdir. Hər kvadratmetrə təxminən 277,1 kiloqram yağışın düşməsi ilə yağıntının miqdarı 1942-ci ildən bəri qeydə alınan ən yüksək həddə çatmışdır.[4] Fəlakətdən sonra torpağın suya doyması səbəbindən İstanbul boğazının suyu qəhvəyi rəngə bürünmüşdür.[5]

Su anbarlarına təsiri

[redaktə | vikimətni redaktə et]

İntensiv yağışlar səbəbindən su anbarlarında suyun səviyyəsi kəskin şəkildə artmışdır. İstanbuldakı su anbarlarının doluluq səviyyəsi ilk gecə yağışlarından sonra 6% artmışdır. İkinci gün daha 3% artan su səviyyəsi 17 oktyabr 2026-cı il səhər ölçmələrinə əsasən 14 oktyabr səhəri ilə müqayisədə 38%-dən 48% həddinə yüksəlmişdir. İstanbulun Anadolu hissəsinin əsas su mənbəyi olan Ömərli su anbarının doluluq nisbəti 54%-dən 66%-ə qalxmışdır.[6][7] Təkcə Ömərli su anbarı üzrə artım miqdarı bütün İstanbulun təxminən 10 günlük su ehtiyacına bərabərdir.

15 oktyabr 2026-cı ildə İl Fövqəladə Hallar və Təcili Əlaqələndirmə İdarəsində bəyanatla çıxış edən İstanbul valisi Davud Gül şəhərə son 84 ilin ən yüksək yağıntısının düşdüyünü bildirmişdir.[8]

  1. ↑ "İstanbul ve Kocaeli'de sel felaketleri… 2 kişinin daha cansız bedeni bulundu: Can kaybı 8'e yükseldi". Hürriyet. 19 oktyabr 2026. 19 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2026.
  2. ↑ "Arxivlənmiş surət". 15 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2026.
  3. ↑ "Hava muhalefeti nedeniyle Metro İstanbul'un iki teleferik hattında sefer yapılamadı". Haberler. 17 oktyabr 2026. 19 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2026.
  4. ↑ "Arxivlənmiş surət". 17 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2026.
  5. ↑ "Arxivlənmiş surət". 17 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2026.
  6. ↑ Merkezi, Haber. "İSKİ açıkladı: 17 Ekim 2026 İstanbul baraj doluluk oranları yüzde kaç oldu? Barajlarda don durum!". www.cumhuriyet.com.tr. 17 oktyabr 2026. 20 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2026.
  7. ↑ Merkezi, NTV com tr-Haber. "Baraj doluluk oranları 14 Ekim 2026: İstanbul barajları ne kadar, yüzde kaç dolu? | NTV Haber". NTV.com.tr. 22 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2026.
  8. ↑ "Vali Gül duyurdu: İstanbul'da okullar cuma günü de tatil, kamuda idari izin sürecek". Independent Türkçe. 15 oktyabr 2026. 22 oktyabr 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2026.