Məzmuna keç

Arif Əfəndiyev (biokimyaçı)

Vikipediya, azad ensiklopediya
Arif Əfəndiyev
Arif Mustafa oğlu Əfəndiyev
Doğum tarixi 30 sentyabr 1942(1942-09-30)
Doğum yeri
Vəfat tarixi 30 oktyabr 2026(2026-10-30) (84 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Mustafa Əfəndiyev
Anası Səkinə Əfəndiyeva
Elm sahəsi biokimya
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar müəllimi "Səhiyyə əlaçısı" döş nişanı — 1984

Arif Mustafa oğlu Əfəndiyev (30 sentyabr 1942, Şamaxı – 30 oktyabr 2026) — azərbaycanlı biokimyaçı alim, pedaqoq, tibb elmləri doktoru (1986), professor (1989), Azərbaycanın Əməkdar müəllimi (2010), Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederansiyası Biokimyanın Tədrisi Komissiyasının üzvü, Azərbaycan Tibb Universiteti Biokimya kafedrasının müdiri (1987–2020).

Arif Əfəndiyev 1942-ci il sentyabrın 30-da Şamaxı rayonunda anadan olub. 1950–1960-cı illərdə Bakı şəhəri Səbail rayon 6 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra, 1960-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universitetinin) Əczaçılıq fakültəsinə qəbul olmuş və 1965-ci ildə buradan məzun olmuşdur.

Dürdanə Əfəndiyeva adlı xanımla ailəlidir. Məhiyəddin və Teymur adlı 2 oğlu, Atilla və Məhiyyədin adlı 2 oğlan və Fatimə adlı 1 qız nəvəsi var.

30 oktyabr 2026-cı ildə vəfat edib.[1]

Arif Əfəndiyev Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederansiyasında təşkil edilmiş Biokimyanın Tədrisi Komissiyasının keçmiş SSRİ dövlətlərindən seçilmiş yeganə üzvüdür.

Üzv olduğu qurumlar

[redaktə | vikimətni redaktə et]
  • Azərbaycan Tibb Universitetinin Elmi Şurasının üzvü
  • Azərbaycan Tibb Universitetinin Dissertasiya Şurasının üzvü
  • Azərbaycan Tibb Universitetinin tibbi-profilaktika fakültəsinin Elmi Şurasının üzvü
  • Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Elmi Cəmiyyətinin idarə heyətinin üzvü
  • 1999-cu ildən Avropa Biokimyaçılar Federasiyasının "Biokimyanın tədrisi" Komissiyasının üzvü[2]
  • 1974 və 1984-cü illərdə iki dəfə çapdan çıxmış "Bioloji kimya" dərsliyinin müəllifidir.
  • 2002–2010-cu illərdə üç dəfə 4 cildlik "İnsan Biokimyasının əsasları" kitabının müəllifidir.
  • 2007-ci ildə çap edilmiş "Klinik və Patoloji Biokimya" dərsliyinin müəllifidir.
  • 1986-cı ildə Tibb elmləri doktoru fəxri adına layiq görülmüşdür.
  • 1989-cu ildə Tibb elmləri professoru fəxri adına layiq görülmüşdür.
  • 1984-cü ildə "SSRİ Səhiyyə Əlaçısı" döş nişanı ilə təltif olunmuşdur.
  • 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.
  1. ↑ "Professor Arif Əfəndiyev vəfat etdi - Foto". Oxu.az (az.). 30 oktyabr 2026. İstifadə tarixi: 30 oktyabr 2026.
  2. ↑ "Azərbaycan Tibb Universiteti | Professor Arif Əfəndiyev". amu.edu.az. 24 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2025.