Məzmuna keç

Adilə Abbasova

Vikipediya, azad ensiklopediya
Adilə Abbasova
Doğum tarixi 3 avqust 1942(1942-08-03)
Doğum yeri
Vəfat tarixi 29 oktyabr 2026(2026-10-29) (84 yaşında)
Təhsili
Fəaliyyəti alim
Mükafatları 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni

Adilə Ziyat qızı Abbasova (3 avqust 1942, Zəngilan rayonu – 29 oktyabr 2026) — Fizika elmləri doktoru, professor.

Həyat və fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin bitirib. 1987-ci ildən Fizika-riyaziyyat elmləri doktoru olan A. Abbasova əmək fəaliyyətinə Azərbaycan EA Fizika İnstitutunda başlamışdır. 1974-cü ildən Moskvanın Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunda baş elmi işçi, laboratoriya müdiri, 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Katibliyində bölmə müdiri, şöbə müdiri işləmişdir.

1995-ci ildən Bakı Dövlət Universitetinin yarımkeçiricilər fizikası kafedrasında professor vəzifəsində çalışmaqla yanaşı həm də Azərbaycan Respublikası Milli Məclisi Aparatının sosial qanunvericilik şöbəsinin müdiri olmuşdur. Bir sıra beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Elmi və ictimai fəaliyyətindəki uğurlarına görə İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən 1999-cu və 2001-ci ilin qadını elan edilmiş, haqqında həmin Mərkəzin nəşr etdirdiyi "XX əsrin görkəmli adamları" ensiklopedik kitabına məlumat daxil edilmişdir. Monoqrafiyanın, 100-ədək elmi əsərin, 5 ixtiranın müəllifidir. Adilə Abbasova 29 oktyabr 2026-cı ildə 84 yaşında vəfat etmişdir.[1]

  1. ↑ "Professor Adilə Abbasova vəfat edib". Apa.az (az.). İstifadə tarixi: 31 oktyabr 2026.
  • ABASOVA Adilə Ziyat qızı
  • Azərbaycan qadını ensiklopediyası, Azərbaycan Milli Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi; Bakı, 2002