Məzmuna keç

Allahşükür Paşazadə

Vikipediya, azad ensiklopediya
Allahşükür Paşazadə
Allahşükür Paşazadə "Heydər Əliyev" ordeni ilə (2019)
Allahşükür Paşazadə "Heydər Əliyev" ordeni ilə (2019)
Vəzifədədir
1980-ci ildən
ƏvvəlkiMirqəzənfər İbrahimov
1980–1992-ci illərdə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri
Şəxsi məlumatlar
Doğum tarixi 26 avqust 1949(1949-08-26) (77 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti mufti, universitet müəllimi, Şeyxülislam, ilahiyyatçı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Heydər Əliyev" ordeni — 2019 "İstiqlal" ordeni — 1999 "Şərəf" ordeni — 2009 "Şöhrət" ordeni — 1994 "Xalqlar dostluğu" ordeni — 1988 "Qızıl runo" ordeni "Şərəf" ordeni "Şərəf" ordeni — 2009 "Dostluq" ordeni — 2006 Medal of Charity "Xeyriyyəçilik xidmətlərinə görə" nişan — 2019 Order of Francisc Skorina — 2014 Order of St. Gregory the Great 2-ci dərəcəli "Dostluq" ordeni — 2023 Order of Al-Hussein for Distinguished Contributions Order of El-yurt hurmati "Əl-Fəxr" ordeni
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2015 "Şəfəq" ordeni — 2014 Rusiya Federasiyası Prezidentinin fəxri fərmanı — 2009 Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi Order of St. Vladimir the Equal-to-the-Apostles (first class) "Şöhrət və şərəf" ordeni Q140276103 1-ci dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni 1-ci dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni 1-ci dərəcəli "Müqəddəs Serafim Sarovki" ordeni "Əhməd Kadırov" ordeni "Birlik" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Allahşükür Hümmət oğlu Paşazadə (26 avqust 1949, Cil, Lənkəran rayonu) — Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri (1980-ci ildən).

Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmişdir 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.[1]

1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir. Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü ildə Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr — Şeyxülislam seçilmişdir.[2][3] Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır.[4] 1991-ci ildə Bakı İslam Universitetinin təsis etmişdir.

Üzvü olduğu təşkilatlar

[redaktə | vikimətni redaktə et]

Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri (2003-cü ildən ömürlük), 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib. "Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurası"nın həmsədri, "Katolik-Pravoslav məzhəblərarası əlaqələr komissiyası"nın üzvü (2006), UNESCO yanında Din Xadimlərinin Yüksək Səviyyəli Məşvərət qrupunun üzvü (2009), BMT Dinlərarası Məşvərət Şurasının üzvü, Ümumdünya İslam Konqresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, "Vicdana çağırış" Beynəlxalq Fondu və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü (1986) və həqiqi üzvü (2001), Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvü, Beynəlxalq Fiqh Təşkilatının təsisçilərindən biri (2008), Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının sədridir (2009)

Elmi məqalələri

[redaktə | vikimətni redaktə et]
  • Qafqazda İslam.
  • İslamda şəhidlik.
  • Milli münasibətlər və din.
  • İslamda xalq və cəmiyyət.

Təşəbbüsçüsü və təşkilatçısı olduğu beynəlxalq elmi konfranslar

[redaktə | vikimətni redaktə et]
  • 1998-ci ildə "Müasirlik və dini-mənəvi dəyərlər"
  • 2003-cü ildə "Allahın lütfü, xalqın xilaskarı"
  • 2004-cü ildə "Qloballaşma və islam"
  • 2005-ci ildə "Qloballaşan dünyada islam"
  • 2006-cı ildə "Tolerantlığın örnəyi — Azərbaycan"
  • 2006-cı ildə "İslamda dözümlülük"
  • 2010-cu ildə Bakıda keçirilən Dünya Din Xadimlərinin Sammiti
Allahşükür Paşazadə, Rusiya prezidenti Dmitri Medvedyev, Bakı Rus pravoslav kilsəsi yepiskopu Aleksandr və Azərbaycanın dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov. Bakı, 3 iyul 2008
  • Azərbaycan "Şöhrət" ordeni
  • Azərbaycan "İstiqlal" ordeni (1999)
  • Azərbaycan "Şərəf" ordeni
  • Azərbaycan "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"
  • SSRİ "Xalqlar dostluğu" ordeni (15 noyabr 1988)
  • Misir I dərəcəli "Əl-elm və əməl" ordeni (1992)
  • Misir "Şöhrət" ordeni (1994)
  • Rusiya Rus Pravoslav Kilsəsinin I dərəcəli "Müqəddəs Vladimir" ordeni (2001)
  • Rusiya Rus Pravoslav Kilsəsinin "Şöhrət və Şərəf" ordeni
  • Rusiya I dərəcəli "Müqəddəs Sergi Radonejevski" ordeni
  • Rusiya Rusiya Müftilər Şurasının I dərəcəli "Əl Fəxr" ordeni
  • Rusiya Bakı və Xəzəryanı Yeparxiyanın I dərəcəli "Müqəddəs Apostol Varfolomey" ordeni
  • Rusiya Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin I dərəcəli "Ümmət qarşısında xidmətlərinə görə" ordeni
  • Rusiya "Dostluq" ordeni
  • Rusiya "Şöhrət" ordeni
  • "Milli qəhrəmanı-Koman Turpal" ordeni
  • Vatikan "Müqəddəs Qreqori" ordeni
  • İordaniya I dərəcəli "Kral Hüseyn" ordeni
  • Serbiya "İmperator Böyük Konstantinin" qızıl sikkəsi
  • Gürcüstan "Qoyunun qızıl dərisi" ordeni
  • "Kadırov" ordeni
  • Birləşmiş Millətlər Təşkilatı "İNTERSAFETY" terrorizm, korrupsiya, ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Təltiflər İttifaqının (UNCOPA) "Aypara və Ulduz" ordeninin ali dərəcəsi
  • Beynəlxalq Ekoenergetika Akademiyasının qızıl medalı
  • Gürcüstan "Şərəf" ordeni (2001)
  • Rusiya "Şərəf" ordeni (2009)
  • Sülh Fondları Beynəlxalq Assosiasiyası, Ümumdunya Veteranlar Federasiyası və "Xalq yaddaşı" Beynəlxalq Veteranlar Fondunun təsis etdikləri xatirə medalı (2007)
  • Rusiya Rus pravoslav kilsəsinin I dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni[5]
  • Azərbaycan "Heydər Əliyev" ordeni (2019)[6]

Şeyxin həyat və fəaliyyəti ilə bağlı aşağıdakı kitablar və yüzlərlə məqalələr nəşr olunmuşdur:

  • On ikinci Şeyxülislam
  • Mərhəmətli və şəfqətli qəlb
  • Şeyxülislam: ictimai xadim, alim
  • Bizim bir şeyximiz var
  • Müqəddəs ömrün anları
  • Şeyxülislam Allahşükür Paşazadə: elm və dinin vəhdəti
  • Qafqaz Müsəlmanları İdarəsi və Ermənistan-Azərbaycan münaqişəsi
  • İki əsrin Şeyxülislamı
  • Allahın lütfü: 25 il Şeyxülislam
  • Şeyxülislam-Alın yazısı
  • Nurlu yolun müdrik səyyahı
  • Şərəf və Şöhrətin zirvəsi
  • Şeyxülislam: ənənə və müasirliyin vəhdəti
  • Şeyxülislam Allahşükür Paşazadənin orden və medalları (4 dildə)

2001-ci ildə Əli İsa Cabbarov tərəfindən Azərbaycan Televiziyasında istehsal edilmiş Ana duasından başlanan yol adlı qısametrajlı sənədli televiziya film çəkilmişdir.

2009-cu ildə Vaqif Mustafayev tərəfindən Allaha şükür adlı tammetrajlı sənədli film çəkilmişdir.

  1. ↑ "Tarix İnstitutunda növbəti dissertasiya müdafiələri keçirilib". 29 iyun 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2015.
  2. ↑ "Qafqaz Müsəlmanlari İdarəsinin Sədri". 1 iyul 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2014.
  3. ↑ "Modern.az — Ömürlük şeyxülislam". 28 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2015.
  4. ↑ "Trend-Az - Azerbaijani president included in "500 most influential Muslims of world" book". 5 sentyabr 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2015.
  5. ↑ Qafqaz Müsəlmanları İdarəsinin sədri Rus pravoslav kilsəsinin ordeni ilə təltif edilib Arxivləşdirilib 2015-02-06 at the Wayback Machine. qafqazislam.com, 27.09.2014. (az.)
  6. ↑ "A. H. Paşazadənin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 29 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2019.