Hokusay
| Hokusay | |
|---|---|
| 葛飾 北斎 | |
| avtoportreti (1849). | |
| Doğum tarixi | |
| Doğum yeri | Edo (indiki Tokio) |
| Vəfat tarixi | |
| Vəfat yeri | Edo (indiki Tokio) |
| Fəaliyyəti | ksiloqraf[d], illüstrasiyaçı[d], ukiyo-e artist, incəsənət xadimi, rəssam-qravürçü[d], dizayner, memarlıq çertyojçusu[d] |
| Janrlar | ukiyo-e, portret |
| Stil | ukiyo-e |
| Tanınmış işləri | |
| Tələbələri | II Katsuşika Tayto[d], Yaşima Qakutey[d], Numata Qessay[d] |
| Təsir edib | impressionizm |
|
|
|
Katsuşika Hokusay (葛飾 北斎?, 31 oktyabr 1760[1], Honco[d], Tokio – 10 may 1849[2][3][…], Asakusa[d], Edo[d]) — yapon ukiyo-e rəssamı, illüstrator, oymaçı. Əsl adı Tokitarodur, ən məşhur təxəllüsü "Hokusay" yapon dilindən tərcümədə "şimal studiyası" deməkdir.[4]
Hokusay antologiyalar, erotik kitablar, rəsm albomları, əllə rənglənən kitablar və tarixi romanlar kimi bir çox fərqli növdə iş hazırlamışdır.[4] Əsərlərinin böyük hissəsini 60 yaşından sonra çəkmişdir.[4] O, Asiya tərzi iki ölçülü perspektiv anlayışını buraxıb, Qərb tərzində olan rəsmlərdə gördüyü yeni perspektiv texnikasını mənimsəmiş, rəmslərini bu texnika ilə hazırlamağa başlamışdır.[4] Dünyanın qalan hissəsindən izolyasiya olmuş Yaponiyada ənənəvi rəsm texnikasından çox fərqlənən bu yeni rəsm texnikasını dövrün Yaponiyasında inqilabi dəyişiklik kimi görülmüş, Hokusayın Qərb dünyasında tanınmasında rol oynamışdır.[4]
Hokusayın əsərləri Vinsent Van Qoq kimi bir çox sənətkara ilham mənbəyi olmuş, onun 75 yaşında çəkdiyi 3 cildlik "Fuci dağının 100 görünüşü" kitabı Avropa incəsənətində təsir göstərmişdir.[4] Həyatı boyunca 30 mindən çox əsər işləmişdir.[4]
Həyatı
[redaktə | vikimətni redaktə et]İlk illəri
[redaktə | vikimətni redaktə et]Katsuşika Hokusay 1760-cı ildə Edo şəhərində (indiki Tokio) Katsuşika bölgəsində anadan olmuşdur.[4] Doğum adı Tokitarodur. Altı yaşında güzgü istehsalçısı atasının yanında güzgülərinin ətrafını rəngləyərək rəssamlığa başlayır.[4]
Daha sonra kitabxanada katiblik, bir ağac kəsicisinin yanında şagirdlik edir.[4] 18 yaşında ukiyo-e sənətkarı Katsukava Şunşonun studiyasına qəbul edilir və ustası kimi məhkumlar, gündəlik hadisələr və kabuki aktyorları kimi mövzulara yönəlir.[4] İlk ad dəyişikliyini burada edir. Ustası tərəfindən verilən Şunro adı ilə ilk dəfə 1779-cu ildə bir neçə kabuki aktyorunun rəsmini çəkir.[4]
Hokusay karyerasının ilk illərində uşaqlar üçün oyuncaqlar da hazırlamışdır.[4] Diaroma adlandırlan 3 ölçülü mənzərə modelləri və içində kiçik peyzajların olduğu stol oyunları hazırlayır.[4] 1793-cü ildə ustası Şunşonun ölümündən sonra fransız və holland sənətkarların mis qravüralarından gördüyü Avropa üslubllarını və digər incəsənət üslublarını mənimsəyir.[4] Daha sonra ukiyo-enin ənənəvi mövzusu olan aktyorlardan uzaqlaşır.[4] Bunun əvəzində müxtəlif sosial təbəqələrdən olan yapon xalqının gündəlik həyatının mənzərələrinə diqqətini yönəldir.[4] Bu dəyişiklik ukiyo-e və Hokusayın karyerasında əhəmiyyətli bir andır.[4] "Ryoqoku körpüsündə atəşfəşanlıq" adlı əsəri Hokusayın həyatının bu dövrünə aid rəsm əsəridir.[4]
Ustasının ölümündən sonra ilk həyat yoldaşını itirən Hokusay bir oğlu və bir qızı ilə yaşamağa başlayır.[4] 1797-ci ildə yenidən evlənir və həyatının bu dövründə "şimal studiyası" mənasına gələn və ən çox tanındığı adı "Hokusay" adını götürür.[4] Bu ad dəyişikliyi Hokusayın həyatının ən əhəmiyyətli dövrüdür.[4] Hokusay həyatı boyunca bir çox dəfə ev dəyişdirir (təxminən 93 fərqli ev) və bir çox təxəllüs götürür.[4] Birdən çox təxəllüsdən istifadə etmək dövrün Yaponiya sənətkarları üçün ümumi bir cəhət olsa da, onun təxəllüslərinin sayı digərlərinə nəzərən daha çoxdur.[4] Həyatı boyunca 30-dan çox təxəllüsdən istifadə etmişdir.[5] Bu, Hokusayın üslubundakı dəyişikliklərlə əlaqələndirilir.[4]
1800-cü ilə kimi ukiyo-eni portretdən başqa məqsədlər üçün istifadə etməyə başlayır.[4] Həmin il iki mənzərə kolleksiyasını - "Şərq qapısının məşhur mənzərələri" və "Edonun səkkiz mənzərəsi"ni yayımlayır.[4]
1806-1849
[redaktə | vikimətni redaktə et]1806-1815-ci illərdə Hokusay yomihon və ya oxuma kitabı adlandırılan, illüstrativ kitab janrına yönəlir.[4] Vaxtının böyük hissəsini yomihonlara ayrırır və yaxşı gəlir əldə edir.[4] Bu zaman üslubunda da dəyişikliklər edir.[4] Ənənəvi ukiyo-e dünyasından uzaqlaşaraq daha güclü fiqurlara yönəlir.[4] Samuraylar, döyüşçülər, əfsanələrdəki canlılar əsərlərinin mövzusu olur.[4]
1811-ci ildə 51 yaşında ikən Hokusay adını dəyişdirib Tayto edir və karyerasında "Hokusay Manqa" adlı yeni dövr başlayır.[4] Hokusay realizmə yönəlmiş bu manqa təsvirlərindən minlərcəsini hazırlayır.[4] Əvvəlcə pul qazanmaq və daha çox şagird cəlb etmək üçün hazırladığı bu eskiz seriyası, daha sonra sənətkarın bir çox üslub kəşfi etməsinə səbəbolur.[4]
Çəkdiyi bu rəsmlər Yaponiyada manqanın ilk böyük ustası olaraq xatırlanmasına səbəb olur və Yaponiyada müasir manqanın ortaya çıxması kimi qeyd olunur.[4] "Hokusay Manqa" başlığı altında toplanan bu işlər daha çox eskiz tərzindədir.[4] Hokusayın kitabı həmin dövrdə Yaponiyada bütün dövrlərdə ən çox satılan kitaba çevrilir.[4] O qədər məşhur olur və o qədər bəyənilir ki, sonrakı 64 il boyunca 14 yeni "Hokusay Manqa" cildi nəşr olunur.[4] Seriyanın son 3 kitabı Hokusayın 1849-cu ildəki ölümündən sonra çapdan çıxır.[4]
Hokusay əsərlərinin ictimai yerlərdə sərgilənməsini sevirdi.[4] Festivallarda 200 kv. metrlik kağızlarda çəkdiyi əfsanəvi personajların nəhəng rəsmləri ilə performans göstərir, müsabiqələrdə qatılırdı.[4]
1820-ci ildə özünə Ritsu adını götürür.[4] 1828-ci ildə ikinci həyat yoldaşını itirən Hokusay bir neçə dəfə iflic olur, nəvəsinin borclarına görə maddi çətinliyə düşür.[4] 1830-cu ildə 70 yaşında ikən məşhur "Kanaqavada böyük dalğa" əsərinin də daxil olduğu "Fuci dağının 36 mənzərəsi" adlı rəsm seriyasına başlayır.[4] "Kanaqavada böyük dalğa" əsəri Hokusayın növbəti nəsillərə də ilham mənbəyi olmasına səbəb olur.[4] Bunlarda biri də Vinsent Van Qoqdur.[4] Van Qoq "Ulduzlu gecə" əsərini çəkərkən "Kanaqavada böyük dalğa" əsərindən ilhamlanmışdır.[4]
1839-cu ildə yanğın nəticəsində Hokusayın studiyası və bir çox işi məhv olur.[4] Hokusay 10 may 1849-cu ildə ölmüşdür.[4] Qəbir daşında istifadə etdiyi son təxəllüs Qakyo Rocin Manci (azərb. Rəssamlıqdan dəli olan qoca adam) yazılmışdır.[5]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Hokusai (ing.). // (untranslated). Lambiek. 1 noyabr 1999. (İstifadə tarixi: 9 oktyabr 2017).
- ↑ Katsushika Hokusai (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus.
- ↑ Hokusai (xorv.). // Proleksis enciklopedija. / red. Antun Vujić. Leksikografski zavod Miroslav Krleža. 2005–2009.
- 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 "Katsushika Hokusai Kimdir? Hokusai'nin Eserleri ve Hayatı". Leblebi Tozu (türkcə). 23 iyun 2019. 4 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2019.
- 1 2 "7 Things You Didn't Know about Hokusai, Creator of The Great Wave". Artsy (ingiliscə). 21 oktyabr 201. 29 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2019.