Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 217.083 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Assassin's Creed Unity — "Ubisoft Montreal" tərəfindən hazırlanmış və "Ubisoft" şirkəti tərəfindən nəşr olunmuş, 2014-cü ildə buraxılmış döyüş-macəra janrında videooyun. Bu, 2014-cü ilin noyabr ayında "PlayStation 4", "Windows" və "Xbox One" platformaları üçün, 2020-ci ilin dekabr ayında isə "Stadia" üçün buraxılmışdır. Bu, "Assassin's Creed" seriyasının səkkizinci əsas hissəsi və 2013-cü ildə işıq üzü görmüş "Assassin's Creed IV: Black Flag" oyununun sikvelidir. Oyun həmçinin, "Unity" ilə eyni gündə əvvəlki nəsil konsollar üçün buraxılmış "Assassin's Creed Rogue" oyunu ilə də bağlılığa malikdir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Kombayn — "Valve Corporation" tərəfindən istehsal edilmiş və nəşr edilmiş 2004-cü il tarixli "Half-Life 2" videooyununda və onun sonrakı epizodlarında əsas antaqonist qüvvə kimi çıxış edən uydurma çoxölçülü yadplanetli imperiya. Kombayn strukturu üzvi, sintetik və yüksək dərəcədə mexanikləşdirilmiş elementlərdən ibarət olmuşdur. Onlar "Half-Life 2", "Half-Life 2: Episode One" və "Half-Life 2: Episode Two" oyunları boyunca, eləcə də "Half-Life: Alyx" videooyunlarında Yer üzərindəki Kombayn işğalını devirmək məqsədilə oyun süjetində irəliləyən oyunçunun qarşılaşdığı düşmən qeyri-oyunçu personajlar kimi təqdim edilmişdir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
"Süngər Bob Kvadrat Şalvar" cizgi serialının seriyalarının siyahısı — "Süngər Bob Kvadrat Şalvar" "Nickelodeon" üçün okean bioloqu və animator Stiven Hillenburq tərəfindən hazırlanmış amerikan cizgi serialıdır. Cizgi serialındakı hadisələr "Bikini Bottom" adlı uydurma sualtı şəhərində cərəyan edir və digər personajları qıcıqlandıran həddindən artıq optimist olan Süngər Bob Kvadrat Şalvar adlı dəniz süngərinin macəraları haqqında bəhs edir. Şounun bir çox ideyaları Hillenburqun 1980-ci illərin ortalarında düzəltdiyi "The Intertidal Zone" adlı nəşr olunmamış, maarifləndirici komiksə əsaslanır. O, "Süngər Bob Kvadrat Şalvar" cizgi serialının üzərində işləməyi "Rokkonun müasir həyatı" adlı başqa "Nickelodeon" serialının ləğvindən sonra başladı, Hillenburqun özü də sonuncunun rejissorlarından biri olmuşdur.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli